Balakən rayonunun Gərəkli kəndində mal tövləsində yanğın baş verib, 300-dən çox cücə yanaraq tələf olub.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, kənd sakini 64 yaşlı Rauf İsmayılova məxsus mal tövləsində baş verən yanğın nəticəsində 50 kvadrat metr sahə və içərisində olan 300 ədəd cücə yanaraq tələf olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Ümumi sahəsi 90 kvadrat metr olan tövlənin qalan hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...