Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi oynanılıb.
BUTA.TV xəbər verir ki, XVIII tura təsadüf edən prinsipial oyunda "Fənərbağça" öz meydanında "Qalatasaray"ı qəbul edib.
“Ülkər” stadionunda oynanılan yeni ilin ilk derbi görüşündə qonaq komanda rəqibini 3:0 hesabı ilə məğlub edib.
Baş hakim Halil Umut Melerin idarə etdiyi qarşılaşmada “sarı-qırmızılılar”ın heyətində Serjio Oliveira (32), Kərəm Aktürkoğlu (78) və Mauro Icardi (90) fərqləniblər.
Bu oyundan sonra “Qalatasaray” 39 xalla turnir cədvəlindəki liderliyini möhkəmləndirib. Əzəli rəqibindən dörd xal az toplayan “Fənərbağça” ikinci pillədə qərarlaşıb. “Başakşehir” komandası 31 xalla üçüncü sırada yer alıb.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...