Ukrayna Təhlükəsizlik Xidməti Xarkov rayonlarından birində diversiyaçıların axtarışı üçün əməliyyat elan edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
"Bu günlərdə küçələrin bəzi hissələri bağlana, sənəd yoxlanışı və avtomobillərə texniki baxış keçirilə bilər.
Yoxlanış əməliyyatına kəşfiyyat xidmətinin hərbi komanda-nəzarət orqanları, eləcə də hərbi texnika cəlb olunacaq. Məqsəd kritik infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi, mümkün təxribat qruplarının müəyyən edilməsi və saxlanılmasıdır",- məlumatda deyilir.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...