İran və Pakistan birgə hərbi işçi qrup yaratmaq barədə razılaşıb.
BUTA.TV xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Bagiri deyib.
Bagiri bildirib ki, telefon danışığı zamanı general-leytenant Şahir Şəmşadı Pakistan Ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri təyin olunması münasibəti ilə təbrik edib. O əlavə edib ki, yüksək rütbəli komandirlərin görüşləri və təhsil, əməliyyat və təhlükəsizlik sahəsində fikir mübadiləsi iki dövlətin qarşılıqlı əlaqələrin genişləndirilməsində ciddiliyinə dəlalət edir.
General-leytenant Şahir Şəmşad deyib ki, birgə hərbi əməliyyat qrupunun yaradılması Pakistan ordusu üçün ən yüksək prioritetdir.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...