Türkiyə Azərbaycanı bu ölkənin milli döyüş təyyarəsinin istehsalında iştirak etməyə dəvət edib.
BUTA.TV xəbər verir ki, bunu bazar günü Türkiyənin Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.
Onun sözlərinə görə, Türkiyə dost və qardaş ölkələrin müxtəlif səviyyəli müdafiə-sənaye layihələrində tərəfdaş kimi iştirakına açıqdır.
"Dost və qardaş ölkələri milli döyüş təyyarəsi layihəsində iştirak etməyə dəvət edirik. Bu ölkələrə İndoneziya, Pakistan, Malayziya və Azərbaycanı aid etmək olar", - deyə İ.Demir bildirib.
O vurğulayıb ki, belə bir tərəfdaşlıq bütün tərəflər üçün faydalı olacaq
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...