Ağsu dolaylarında yağan qar fəsadsız ötüşməyib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bəzi kiçiktutumlu avtomobillər hərəkət zamanı sürüşərək yolda qalıblar.
Hazırda yolların qardan təmizlənməsi məqsədilə 4 nömrəli Magistral Yolları İstismarı MMC-nin ağır texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub və yollara duz, qum səpərək dolaylarda avtomobillərin intensiv hərəkətinin tənzimlənməsi işlərini həyata keçirirlər.
MMC-nin sahə rəisi Eldar İsrafilov sürücülərə təhlükəsizlik məqsədilə axşam saatlarında alternativ yollardan, eləcə də Bakı-Qazax yolundan istifadə etməyi məsləhət görür.
Sahə rəisi onu da bildirib ki, Ağsu dolaylarında axşama doğru yolların buz bağlaması istisna olunmur. Sürücülərə bir müddət Ağsu-Kürdəmir yolundan istifadə etmək məqbul sayılır.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...