Almaniya Ukrayna Silahlı Qüvvələrinə birtərəfli qaydada “Leopard” tankları verməyəcək.
BUTA.TV xəbər verir ki, bunu Almaniyanın hakim Sosial-Demokrat Partiyasının həmsədri Lars Klinqbayl deyib.
“Hazırda heç bir ölkə Kiyevə “Leopard 1” və ya “Leopard 2” kimi ağır tanklar vermir. Eyni zamanda, Rusiya dəfələrlə Qərb dövlətlərinin Ukraynada döyüşən tərəf olduğunu bəyan edib. Beləliklə, amerikalılar, fransızlar və həmçinin federal hökumət olaraq bu müharibəyə cəlb ediləcəyimizlə bağlı daim düşünsək düzgün olardı. Bununla belə Qərb Kiyevə dəstəyi zəiflətməməkdə qərarlıdır. Ukraynaya piyadaların döyüş maşınlarının tədarükü Qərb dövlətləri tərəfindən razılaşdırılmış dəstək siqnalıdır”, - Klinqbayl bildirib.
Qeyd edək ki, Polşa da Ukraynaya “Leopard” tanklarını verməkdən imtina etmişdi.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...