Soledar şəhəri Ukrayna ordusunun nəzarətindədir.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi Sergey Çerevatıy deyib.
“Soledar Rusiya ordusunun nəzarətində deyil. Orada ağır, qanlı döyüşlər gedir. Təkcə bu gecə düşmən 76 dəfə şəhərə atəş açıb, 10 toqquşma qeydə alınıb. Silahlı Qüvvələrimiz və komandanlığımız şəxsi heyət və texnika ilə düşmənə maksimum ziyan vurmaq üçün hər şeyi edir”, - Çerevatıy bildirib.
Qeyd edək ki, bir müddət öncə Rusiya mənbələri Soledar şəhərinin ələ keçirildiyini yazmışdı.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...