İsmayıllı rayon sakini, 2002-ci il təvəllüdlü Ayişə Məmmədova ötən il dekabrın 26-da Ruşan kəndində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, itkin düşən şəxsin boyu 160 sm, gözlərinin rəngi qəhvəyi, saçları isə sarıdır.
Sonuncu dəfə evdən çıxarkən üzərində qara və sarı rənglərdə gödəkçə, qara şalvar və ağ idman ayaqqabısı olub.
Şəkildəki qadını görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər və 050-280-45-00, 055-466-06-72 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...