Britaniya şahzadəsi Harri öz xatirələrində Əfqanıstanda xidmət edərkən 25 nəfəri öldürdüyünü bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Skay Nyus” kanalı məlumat yayıb.
“Mən dəqiq deyə bilərəm ki, düşmənin neçə döyüşçüsünü öldürmüşəm. 25 nəfəri öldürdüyümü dəqiq bilirəm", - şahzadə bildirib.
O, düşmən əsgərlərinin öldürülməsindən məmnun olmadığını, lakin utanmadığını da əlavə edib.
Qeyd edək ki, kanalda Şahzadə Harrinin (“Ehtiyat”) xatirələrindən bir parça var. Qalmaqallı kitabın yanvarın 10-da işıq üzü görəcəyi gözlənilir.
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...
- Qazi şikayət etdi: Qaz sayğacı evimizə təhlükə yaradır - Video
- Ana və oğlu yanıq xəsarəti aldı, biri öldü
- Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video