Bu gün axşam saatlarında Rusiyanın işğalı altında olan Sevastopolda partlayışlar baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat və foto yayıb.
Sevastopola Rusiya tərəfindən təyin edilən qubernator Mixail Razvojayev öz sosial şəbəkə hesabında faktı təsdiqləyib. O bildirib ki, PUA vurulub:
“Sevastopolda HHM sistemləri işləyir. İlkin məlumata görə, dəniz üzərində PUA vurulub. Bütün xidmətlər ştat rejimində işləyir”.
Sosial şəbəkə istifadəçiləri isə sual ediblər: “Dənizdən kim atəş açır? Amerika?”
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...
- Qazi şikayət etdi: Qaz sayğacı evimizə təhlükə yaradır - Video
- Ana və oğlu yanıq xəsarəti aldı, biri öldü
- Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video
- Sabah bu rayonda qaz olmayacaq
- Bakıda sel körpünü apardı: AAYDA-dan reaksiya - Video