Təmizlik işçisi maşınla köşkün arasında sıxılaraq öldü

09:58 - 5 May 2026 - HADİSƏ

 Təmizlik işçisi maşınla köşkün arasında sıxılaraq öldü

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Prospektdə hərəkətdə olan BMV markalı minik avtomobili idarəetmədən çıxıb. Maşın ilk olaraq yol kənarında dayanan "Şevrolet" markalı avtomobilə, daha sonra ağaca və köşkə çırpılıb.

Qəza zamanı ərazidə təmizlik işləri aparan 1961-ci il təvəllüdlü Z.Qurbanova avtomobil ilə köşkün arasında sıxılaraq qalıb. Qadın aldığı xəsarətdən hadisə yerində həyatını itirib.

Bu xəbər hal-hazırda çox oxunur
Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol