Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm

17:52 - 29 Aprel 2026 - GÜNDƏM

 Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm

Bir neçə gün əvvəl Bakı Metropolitenində qatarların hərəkətində problem yaşanıb və metronun fəaliyyəti bir neçə saatlıq dayandırılıb.

Bu hadisələr səbəbindən Bakı Metropoliteni nə qədər maliyyə itkisi ilə üzləşib?

BUTA.TV xəbər verir ki, Bakı Metropoliteni QSC-dən Globalinfo.az-a aprelin 21-də Bakı Metropolitenində baş vermiş hadisənin maliyyə zərərinin əsasən sərnişin axınında müşahidə edildiyini bildirilib.

“Belə ki, hadisə günü iş günləri üzrə orta sərnişin sayı 757 min səviyyəsindən 537 minə düşərək təxminən 29% azalma göstərib. Sonrakı günlərdə sərnişin sayı tədricən bərpa olunub. Nəticə etibarilə, hadisə baş verdiyi gündən etibarən ümumi sərnişin itkisi təxminən 267.4 min nəfər, birbaşa maliyyə itkisi isə təxminən bu saya uyğun qiymətləndirilir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, verilən rəqəmlərə əsasən, Bakı Metropoliteninin təxmini maliyyə zərəri 160 min manat təşkil edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol