Xocalının 4 kəndinə növbəti köç karvanı yola salındı

12:32 - 29 Aprel 2026 - GÜNDƏM

 Xocalının 4 kəndinə növbəti köç karvanı yola salındı

Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 33 ailədən ibarət növbəti köç karvanları yola salınıb.

BUTA.TV xəbər verir ki, bu mərhələdə Badaraya 16 (59 nəfər), Xanabada 10 (46 nəfər), Xanyurduya 4 (25 nəfər), Təzəbinəyə isə 3 ailə (15 nəfər) köçürülür.

Qeyd edək ki, bununla da ümumilikdə Badaraya 105 (404 nəfər), Xanabada 98 (438 nəfər), Xanyurduya 137 (505 nəfər), Təzəbinəyə isə 163 ailənin (737 nəfər), daimi qayıdışı təmin edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol