İdentifikasiya olunmamış heyvanların bazarlara daxil olmasına məhdudiyyət tətbiq ediləcək.
Bu barədə BUTA.TV-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, qərarın əsas məqsədi heyvanların sağlamlıq vəziyyətinə nəzarətin effektiv təşkili, xəstəliklərin vaxtında aşkarlanması və qarşısının alınmasıdır.
Heyvanların identifikasiyası onların mənşəyinin izlənilməsi, aparılmış baytarlıq tədbirlərinin qeydiyyatı və ümumilikdə epizootoloji nəzarətin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
"Heyvan satışı bazarlarının iştirakçıları, o cümlədən sahibkarlar və heyvan mülkiyyətçiləri heyvanları bazara gətirməzdən əvvəl onların müvafiq qaydada identifikasiyasını təmin etməlidirlər.
AQTA heyvan bazarı sahiblərini və heyvan mülkiyyətçilərini müəyyən edilmiş baytarlıq-sanitariya qaydalarına ciddi riayət etməyə çağırır", - məlumatda qeyd olunub.
- Bakının mərkəzində tarixi binaya müdaxilə... - Video
- Polkovnikin oğlunu öldürən şəxsin cəzası bəlli oldu
- İnzibati məhkəmələrdə hansı iddia növü seçilməlidir? - Video
- İkinci dəfə 300 bal toplayan şagird: Uğurumun səbəbi...
- Bu rayonlarda ağaclar kəsildi: 133 minlik ziyan dəydi...
- Bu heyvanların bazarlara girişinə məhdudiyyət tətbiq edilir
- Bu marşrutun avtobusları yenilənir
- İmtahanda bu 3 nəfər maksimum bal topladı