Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, eləcə də hərbi infrasturktur obyektlərinin inşası və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, MN-in rəhbər heyəti azad edilmiş ərazilərdə əsaslı təmir olunan və yeni inşa olunan təlim mərkəzi və hərbi hissələrdə görülən işlərlə tanış olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, keyfiyyətli tikinti materialları ilə inşa edilən yeni hərbi obyektlərdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsi daima prioritetdə saxlanılır və xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün zəruri imkanlar yaradılır.
Nazirliyin rəhbər heyəti təmir-tikinti işlərinin yüksək keyfiyyətlə və plana uyğun müddətdə yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
- Expressbank və GXSSD memorandum imzaladı
- Xəzərdə 97 suitinin cəsədi aşkarlandı
- ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
- Azərbaycanda yeni ixtisas yaradıldı - Qərar
- Hava xəbərdarlığı: Aprelin 21-dək...
- Bu yolda təmir ciddi tıxaca səbəb oldu - Video
- Əli Əsədovun biznes və tikinti imperiyası...
- İki qurumdan ər və arvadın ölümü ilə bağlı birgə açıqlama