"Speys" televiziyası fəaliyyətini davam etdirir və efir plan üzrə sabit şəkildə həyata keçirilir.
BUTA.TV xəbər verir ki, bu barədə APA-ya açıqlamasında “Spes” televiziyasının icraçı direktoru Nəriman Əbdüləliyev deyib.
O bildirib ki, hazırda kanal daxilində struktur və idarəetmə ilə bağlı optimallaşdırma prosesi aparılır:
“Bu addımlar fəaliyyətin daha effektiv və dayanıqlı modelə keçidini təmin etmək məqsədi daşıyır. Maliyyə məsələləri üzrə sistemli iş aparılır və mövcud öhdəliklərin mərhələli şəkildə tənzimlənməsi nəzərdə tutulur. Kadr dəyişiklikləri daxili idarəetmə qərarları çərçivəsində həyata keçirilir və bu kimi məsələlərlə bağlı əlavə şərh verməyi məqsədəuyğun hesab etmirik”.
Nəriman Əbdüləliyev qeyd edib ki, mediada yayılan bəzi məlumatlar ümumi vəziyyəti tam əks etdirmir:
“Kanalın fəaliyyəti nəzarət altındadır və bütün proseslər plan üzrə idarə olunur”.
Qeyd edək ki, bir neçə gün öncə Vado Korovin "Speys" televiziyasının direktoru vəzifəsindən uzaqlaşdırılıb.
- Expressbank və GXSSD memorandum imzaladı
- Xəzərdə 97 suitinin cəsədi aşkarlandı
- ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
- Azərbaycanda yeni ixtisas yaradıldı - Qərar
- Hava xəbərdarlığı: Aprelin 21-dək...
- Bu yolda təmir ciddi tıxaca səbəb oldu - Video
- Əli Əsədovun biznes və tikinti imperiyası...
- İki qurumdan ər və arvadın ölümü ilə bağlı birgə açıqlama