Naxçıvanda kredit adı ilə kiberdələduzluq edən şəxs saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Naxçıvan DİN məlumat yaylb.
Bildirilib ki, Muxtar Respublikada polis əməkdaşları tərəfindən vətəndaşlara qarşı törədilən kiberdələduzluq faktı ilə bağlı əməliyyat tədbiri həyata keçirilib.
Daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Elnarə Bünyatova saxlanılıb.
Araşdırmalarla E.Bünyatovanın özünü bank əməkdaşı kimi təqdim edərək 070-767-56-96, 077-351-95-76, 070-935-75-65, 077-104-44-08, 077-349-96-82 və digər nömrələri, eləcə də Tiktok platformasında “ *azturan83* ”, “ *turanbank_az* ”, “ *azeturanbank* ” və “ *krediagro* ” adlı səhifələr vasitəsilə vətəndaşlara kredit veriləcəyi vədi ilə 50-yə yaxın şəxsi aldadaraq talama əməlləri törətdiyi müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...
- Qazi şikayət etdi: Qaz sayğacı evimizə təhlükə yaradır - Video
- Ana və oğlu yanıq xəsarəti aldı, biri öldü
- Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video
- Sabah bu rayonda qaz olmayacaq
- Bakıda sel körpünü apardı: AAYDA-dan reaksiya - Video