Səbail rayonunda yaşayan sakinlərdən biri 4500 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı E. Musayev saxlanılıb.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, araşdırmalarla müəyyən olunub ki, E. Musayev zərərçəkənə hazırda cəzaçəkmə müəssisəsində saxlanılan oğlunu azad etdirəcəyinə dair yalan vəd verərək 4500 manat pul vəsaitini ələ keçirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...
- Qazi şikayət etdi: Qaz sayğacı evimizə təhlükə yaradır - Video
- Ana və oğlu yanıq xəsarəti aldı, biri öldü
- Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video
- Sabah bu rayonda qaz olmayacaq