Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Azfen” MMC-nin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Horovlu kəndində əmək yarmarkası keçiriləcək.
BUTA.TV xəbər verir ki, aktiv məşğulluq tədbiri 16 mart 2026-ci il tarixində, saat 10:00-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Cəbrayıl rayonunun Horovlu kəndində yerləşən inzibati ofisində keçiriləcək.
Yarmarkada konstruksiya quraşdırıcısı və elektrik üzrə vakansiyalar təqdim olunacaq.
Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...
- Qazi şikayət etdi: Qaz sayğacı evimizə təhlükə yaradır - Video
- Ana və oğlu yanıq xəsarəti aldı, biri öldü
- Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video
- Sabah bu rayonda qaz olmayacaq