Ləğv olunmuş Azərsu ASC-nin tabeliyindəki Gəncə Sukanal ASC ləğv olunduğunu elan edib.
BUTA.TV bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 76 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, Prezident İlham Əliyevin 30 mart 2023-cü il tarixli "Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. "Azərsu" "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ilə birlikdə Agentliyin tabeliyinə verilib.
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...
- Qazi şikayət etdi: Qaz sayğacı evimizə təhlükə yaradır - Video
- Ana və oğlu yanıq xəsarəti aldı, biri öldü
- Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video
- Sabah bu rayonda qaz olmayacaq