Azərbaycanda Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun nəzdində erməni dilində kurslar təşkil edilib.
BUTA.TV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Qeyd edilib ki, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun nəzdində fəaliyyət göstərən Xarici dil mərkəzində ingilis, erməni, fars, rus və gürcü dilləri ilə yanaşı, İtaliyanın ölkəmizdəki akkreditə olunmuş hərbi attaşelik aparatının dəstəyi ilə italyan dili üzrə kurslar, həmçinin hesabat dövründə ilk dəfə olaraq Çin Xalq Respublikası Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşelik aparatının təşkilatçılığı ilə "Çin dili kursu" təməl və orta səviyyədə təşkil edilib.
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...
- Qazi şikayət etdi: Qaz sayğacı evimizə təhlükə yaradır - Video
- Ana və oğlu yanıq xəsarəti aldı, biri öldü
- Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video
- Sabah bu rayonda qaz olmayacaq