"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam edir.
BUTA.TV xəbər verir ki, gün ərzində müxtəlif ölkələrin vətəndaşları sərhədi keçərək təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olublar. Belə ki, Çin (1 nəfər), Qazaxıstan (1 nəfər), Rusiya (1 nəfər), Özbəkistan (1 nəfər) və Tacikistan (2 nəfər) vətəndaşı təxliyə olunub.
Bununla yanaşı, Azərbaycanın 7 nəfər vətəndaşı da ölkə ərazisinə daxil olub. Gün ərzində, həmçinin Yunanıstanın 7 vətəndaşı, o cümlədən 4 diplomatik nümayəndəsi “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan Azərbaycan ərazisinə keçib.
Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və digər prosedurlardan keçdikdən sonra ölkə ərazisinə buraxılıblar. Proses aidiyyəti dövlət qurumlarının koordinasiyası ilə davam etdirilir.
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...
- Qazi şikayət etdi: Qaz sayğacı evimizə təhlükə yaradır - Video
- Ana və oğlu yanıq xəsarəti aldı, biri öldü
- Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video
- Sabah bu rayonda qaz olmayacaq