Külli miqdarda mənimsəmədə təqsirləndirilən Beyləqan rayonu notariusu vəzifəsini icra edən Cəsarət Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Cəsarət Qasımova 1 il sınaq müddəti seçilməklə 5 il 6 ay müddətinə şərti cəza verilib.
İttihama əsasən, təqsirləndirilən Cəsarət Qasımov işlədiyi dövr ərzində vəzifə saxtakarlığı edib, ümumilikdə 308.530 manat pul mənimsəyib. İstintaq dövrü ərzində barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib, dəymiş ziyan zərərçəkmişə tam şəkildə ödənilib.
Təqsirləndirilən Cəsarət Qasımov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib.
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...
- Qazi şikayət etdi: Qaz sayğacı evimizə təhlükə yaradır - Video
- Ana və oğlu yanıq xəsarəti aldı, biri öldü
- Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video