Əmək qanunvericiliyinə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi onların əmək münasibətlərinin hüquqi əsasını təşkil edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BUTA.TV-a bildirilib ki, əmək müqaviləsi olmadan çalışan şəxslərin əmək və gələcək sosial təminat hüquqları yaranmır. İşçi yalnız rəsmi əmək müqaviləsi əsasında fəaliyyət göstərdiyi halda qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən az olmayan əməkhaqqı almaq hüququna malik olur.
Eyni zamanda, iş vaxtından artıq işlədikdə və ya gecə saatlarında işə cəlb edildikdə əlavə əməkhaqqı, sağlam və təhlükəsiz əmək şəraiti, məzuniyyət hüququ, eləcə də sosial sığorta sistemində iştirak və gələcəkdə pensiya hüququnun əldə olunması yalnız əmək müqaviləsi əsasında mümkündür.
Qeyd olunub ki, işçi əmək fəaliyyəti zamanı əmək şəraiti, funksiyası, iş vaxtı, əməkhaqqı və ya digər şərtlərlə razı olmadıqda, onların dəyişdirilməsi üçün işəgötürənə müraciət edə bilər.
Əmək Məcəlləsinə uyğun olaraq, əmək müqaviləsinin şərtləri tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər.
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...
- Qazi şikayət etdi: Qaz sayğacı evimizə təhlükə yaradır - Video
- Ana və oğlu yanıq xəsarəti aldı, biri öldü
- Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video