Sabah Ramazan ayının on beşinci günüdür.
BUTA.TV xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak vaxtı saat 05:43-də, iftar vaxtı isə 18:51-dədir.
On beşinci günün imsak duası:
“Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin!”
Tərcüməsi: “İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi təvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul eləsin!
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...