Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda təqribən 400-500 min sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan fərdi yaşayış sahəsi mövcuddur.
BUTA.TV Baku TV-yə istinadən xəbər verir ki, bu məsələ fərdi yaşayış evlərinin qanunvericiliyə uyğun şəkildə necə tikilməsinin aktuallığını artırır.
Bir çox hallarda vətəndaşlar ev tikintisi zamanı hansı tələblərə riayət edilməli olduğunu bilmirlər. Bəs fərdi ev tikmək üçün hara müraciət olunmalıdır? Bunun üçün icazə tələb edilirmi?
Daşınmaz əmlak eksperti Elnur Azadovun sözlərinə görə, hündürlüyü 12 metrədək olan fərdi yaşayış evlərinin tikintisi üçün xüsusi icazə alınmasına ehtiyac yoxdur. Ölkədə fəaliyyət göstərən layihə və smeta bürolarına müraciət etməklə vətəndaşlar istifadələrində olan torpaq sahəsinə dair sənədləri təqdim edirlər.
"Normativlərə uyğun olaraq evin eskiz layihəsi hazırlanır və aidiyyəti qurumlar tərəfindən təsdiq edildikdən sonra vətəndaş tikinti prosesinə başlaya bilər", - deyə ekspert bildirib.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...