Azərbaycanın 79 şəhərindən 67-nin Baş planı hazırlanaraq təsdiq olunub.
BUTA.TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətov "Təməl" memarlıq müsabiqəsinin mükafatlandırma mərasimində deyib.
Onun sözlərinə görə, qalan şəhərlərin Baş planlarının yenilənməsi üzrə işlər davam etdirilir:
"Qarabağ və Şərqi Zəngəzur regionunda yerləşən 12 şəhərdən 8-nin Baş planı artıq təsdiqlənib. Təsdiq olunan hər bir Baş plan, tətbiq edilən hər bir innovativ alət və reallaşdırılan hər bir layihə gələcək nəsillər üçün daha təhlükəsiz, rahat və insanmərkəzli yaşayış mühitinin möhkəm təməlini qoyub".
N.Hümmətov bildirib ki, 2025-ci il ərzində 7 Baş plan daxil, habelə 363 şəhərsalma əsaslandırılması təsdiq olunub:
"Göytəpə, Laçın, Qovlar, Qubadlı, Liman, Astara və Xudat şəhərlərinin, Qarabağ və Şərqi Zəngəzurda 18 yaşayış məntəqəsi üzrə ərazi sənədləri təsdiqlənib. Eyni zamanda, Gəncənin Baş planı son mərhələyə çatdırılıb və təsdiq olunması üçün bu il artıq Nazirlər Kabinetinə təqdim edilib. Həmçinin Xocalının planı üzrə razılaşdırma işləri davam edir".
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...