Ölkə ərazisində fevralın 27-si saat 15:00-a olan məlumatına əsasən, yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə şərq küləyi əsir, küləyin maksimal sürəti Gəncədə 28, Naftalan və Şəmkirdə 24, Goranboyda 23, Culfa, eyni zamanda Bakıda və Abşeron yarımadasında 21, Salyan, Sabirabad, Tovuz və Neftçalada 20, Salyan, Şəki və İsmayıllıda 18, Ağstafa, Qobustan və Hacıqabulda 16 m/s, Şamaxıda 15 m/s-dək güclənir.
Naxçıvan, Şərur, Şahbuz, Culfa, Sədərək, Naftalan, Şabran, Qusar, Xaçmaz, Goranboy, Tərtər, Bərdə, Beyləqan, Lənkəran, Astara, Ağdamda yağış, Xınalıq, Ordubad, Şahdağa isə qar yağır.
Daşkəsən, Sarıbaş (Qax), Qobustan, Quba, Qusar, Xızı, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...