Ağdərə rayonunun Aşağı Oratağ, Çıldıran, Çapar və Heyvalı kəndlərinə ümumilikdə daha 63 ailə yola salınıb.
BUTA.TV xəbər verir ki, bu mərhələdə Aşağı Oratağa 29 (141 nəfər), Çıldırana 10 (46 nəfər), Çapara 7 (22 nəfər) və Heyvalıya 17 ailə (84 nəfər) köçürülür.
Bildirilib ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu köç də daxil olmaqla Ağdərə rayonunun 9 kəndinə 787 ailənin (3 min 11 nəfər) daimi qayıdışı təmin edilib.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...