Sərxoş halda Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzinə zəng edərək nalayiq ifadələr işlədən şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub.
BUTA.TV Gununsesi.info-ya istinadən xəbər verir ki, 1986-cı təvəllüdlü Ç.V 102-yə zəng edərək atasının vaxtilə vəzifədə olmuş şəxs tərəfindən qətlə yetirildiyini, 100 min manat pulunun mənimsənildiyinə dair əssasız şikayətlər edib.
O, bundan başqa, digər rayonlarada narkotikin 10 manata olduğunu, Füzulidə isə 7 manata satıldığına dair əsassız məlumatlar verib.
Ç.V məhkəmədə özünü təqsirli bildirərək əməli sərxoş vəziyyətdə törətdiyini etiraf edib. O, spirtli içkinin təsiri altında törətdiyi əməldən peşman olduğunu dilə gətirib.
Məhkəmənin qərarına əsasən, barəsində protokol (İXM-in 510.1 ) tərtib edilmiş şəxs 8 sutka müddətinə inzibati qaydada həbs olunub.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...