10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi və baş mühasibi vəzifədən azad ediliblər.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən,10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovnik-leytenantı Əliqismət Firudin oğlu Kərimov, həmin müəssisənin Maliyyə-təssərrüfat bölməsinin baş mühasibi - bölmə rəisi ədliyyə mayoru Mahir Maqsud oğlu Abdullayev tutduqları vəzifədən azad ediliblər.
Onların yerinə hələlik təyinat yoxdur.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...