DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, növbəti tədbirlər zamanı əvvəllər oğurluq və narkotiklərin satışı ilə məşğul olduqlarına görə məhkum olunmuş Namiq Şirinov və Əliağa Novruzov saxlanılıblar. Onlardan 25 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
N.Şirinov və Ə.Novruzovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırdıqları məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...