Şəhla Abbasova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin direktoru vəzifəsinə təyin olunub və kollektivə təqdim edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri əmr imzalayıb.
Qeyd edək ki, Ş. Abbasova 2022-ci ildən son təyinatadək Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin müdiri vəzifəsində çalışıb, yerli və beynəlxalq elmi jurnallarda və konfranslarda bir sıra məqalələrlə çıxış edib.
Xatırladaq ki, fevralın 3-ü Namiq Çərkəz oğlu Ağamaliyev “İnşaat Kolleci” Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilmişdi.
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi