Meyxanaçı Ağamirzə açıqlaması ilə diqqət mərkəzinə düşüb.
BUTA.TV xəbər verir ki, söz ustası sənət aləmindəki münasibətlərdən danışaraq maraqlı etiraflar edib. O, bildirib ki, müğənnilərin əksəriyyəti dəvət aldıqları məclislərə qatılır, lakin özü kimisə çağıranda fərqli münasibətlə qarşılaşır:
"Müğənnilərin 80 faizi məclisinə çağırır, gedib iştirak edirsən. Amma sən çağıranda deyirlər ki, həmin tarixdə rayondayam".
Ağamirzə bununla bağlı ironik fikir də səsləndirib: "Olsun, rayondasansa, pulunu göndər əsas. Nə edim səni, paketini göndər?".
Meyxanaçı vurğulayıb ki, özü hər zaman dəvət olunduğu məclislərə qatılıb və münasibətlərdə səmimiyyət tərəfdarıdır. Onun bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və sənət cameəsində birmənalı qarşılanmayıb.
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi