Dubaydan Moskvaya uçan 33 yaşlı Azərbaycan vətəndaşı Vnukovo hava limanında saxlanılıb.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı özü ilə 18,5 milyon rubl dəyərində brilyantlarla bəzədilmiş platin və qızıl ərintili beş ədəd üzük gətirdiyinə görə saxlanılıb.
Üzüklər gömrükdə yoxlama zamanı aşkar edilib.
Qeyd edilib ki, zərgərlik əşyaları müsadirə edilib və azərbaycanlı qadın hazırda qaçaqmalçılıqda ittiham olunur. Onu beş ilə qədər həbs və ya bir milyon rubla qədər cərimə gözləyir.
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi