Daha bir itkin şəhidin dəfn ediləcəyi tarix məlum olub.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, indiyədək itkin kimi qeydiyyatda olan Şahin Kərimov (Kərimov Şahin Heydər oğlu) nəşinin kimliyi müəyyən edilib.
Məlumata görə, Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ döyüşlərində Vətənin müdafiəsi uğrunda iştirak edib.
Ş.Kərimov 4 aprel 1993-cü ildə ağır döyüşlər zamanı itkin düşmüşdü. Bu günlərdə şəhidin nəşinin qalıqları müəyyən olunub.
Vida mərasimi fevralın 19-da Mingəçevir şəhərində keçiriləcək. Şəhid Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.
Qeyd edək ki, ötən gün də Cəlilabad rayonundan olan itkin şəhidin nəşi tapılıb.
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi