Abşeron dairəvi marşrutu üzrə səfər etmək istəyən sərnişinlər üçün başqası adına bilet almaq mümkündür.
"Azərbaycan Dəmir Yolları" QSC-dən BUTA.TV-a verilən məlumata görə, bu funksiya “ADY Mobile” tətbiqi vasitəsilə həyata keçirilir.
İstifadəçi tətbiqdə Abşeron dairəvi marşrutu üzrə səfər bileti aldıqdan sonra “Biletlərim” bölməsinə daxil olur, bileti seçərək “Detallara bax” hissəsindən istədiyi şəxsə göndərə bilir.
Bileti qəbul edən şəxs göndərilən QR kodu turniketdə oxudaraq səfərə başlaya bilər.
Qeyd olunub ki, “ADY Mobile” tətbiqində eyni vaxtda maksimum 10 bilet almaq mümkündür. Bu imkan sərnişinlərin səfərlərini daha rahat və təhlükəsiz planlaşdırmasına şərait yaradır.
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi