Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində yanğın baş verən ikimərtəbəli yaşayış binası dövlət tərəfindən qorunan abidə deyil.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat veriliblər.
Qeyd olunub ki, yanğın 3493 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə bitişik binada baş verir.
Məlumata görə, hazırda hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi