Gürcüstanda son illərdə avtomobillərin sayı kəskin şəkildə artıb.
2012-ci ildə ölkədə 864 min nəqliyyat vasitəsi qeydiyyatda idisə, ötən il bu rəqəm 2 milyonu ötüb. Hökumət hesab edir ki, avtomobillərin sayındakı artım həm tıxacların çoxalmasına, həm də ekoloji vəziyyətin pisləşməsinə səbəb olur. Məhz buna görə də hökumət 6 ildən köhnə avtomobillərin Gürcüstana idxalına məhdudiyyət tətbiq etməyə hazırlaşır.
"BUTA TV" Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, əgər Gürcüstanda daxili qeydiyyatla bağlı məhdudiyyətlər tətbiq olunarsa, iri avtomobil alıcıları alış prosesində daha ehtiyatlı davranacaqlar. Bu isə xüsusilə 6-10 il arası avtomobillər üzrə qısamüddətli təklifin azalmasına səbəb ola, qiymətlərin yüksəlməsinə gətirib çıxara bilər.
Ekspertin sözlərinə görə, Gürcüstan 2025-ci ildə ölkəyə 3 milyard 870 milyon dollar dəyərində avtomobil idxal edib. Həmin il ölkədən 2 milyard 800 milyon dollar dəyərində avtomobil yenidən ixrac olunub. O qeyd edib ki, ötən ilin sonundan etibarən yenidən ixrac edilən nəqliyyat vasitələrinin Gürcüstanda bahalaşması qiymətlərin müəyyən qədər artmasına gətirib çıxarıb.
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi