Quba səfəri hamının gözünə dayanıb. Səfər edən komandalar bilmir ki, "İmişli"ylə mübarizə aparsınlar, yoxsa meydançayla...
Dəfələrlə yazılıb, deyilib ki, ota bənzər palçıqda futbol oynamaq olmur. Biabırçı mənzərədir. Di gəl ki, "İmişli"nin prezidenti Kamran Eyyubov heç kimi eşitmək istəmir. Sanki bu söhbətlərin onlara aidiyyəti yoxmuş kimi davranır. Artıq Qurban Qurbanov da dilə gəlib. Təcrübəli mütəxəssis "Qarabağ"ın çətin qələbəsindən sonra belə meydançada futbol oynanılmasının yolverilməz olduğunu deyib.
Ən maraqlısı odur ki, heç kim Kamran Eyyubova söz keçirə bilmir. PFL bir neçə dəfə "İmişli"yə xəbərdarlıq etsə də, dəyişən heç nə yoxdur. Əslində, dəyişəcək heç nə ola bilməz də. Bir qazonun ideal duruma salınması üçün, 2-3 ay vaxt, yaxşı da vəsait lazımdır.
Əgər Qurban Qurbanovun bu sözlərindən sonra da "İmişli"ni Qubadan çıxara bilməsələr, heç zad...
Mənbə: Sportal.az
- Bakıda böyük sıxlığın səbəbi açıqlandı - Foto
- Kəlbəcərə daha 27 ailə yola salındı
- “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
- “Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
- Bu assosiasiyaya yeni rəhbər təyin edildi
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü