Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 1400 manat pul vəsaitinin oğurlanması barədə polisə müraciət daxil olub.
BUTA.TV xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Ə.Qasımzadə saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, zərərçəkən şəxs tanışı ilə birlikdə toyda olarkən bank kartından pul çıxarması üçün onu saxlanılan şəxsə təqdim edib.
Nəticədə Ə.Qasımzadə kartda olan vəsaitin hamısını nağdlaşdırıb. O, oğurladığı pulla toyda kart sahibinin və özünün yerinə pul da yazdırıb.
Araşdırma davam etdirilir.
- Kəlbəcərə daha 27 ailə yola salındı
- “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
- “Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
- Bu assosiasiyaya yeni rəhbər təyin edildi
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq