Kürdəmirdə su kanalından 60 yaşlı kişi meyiti tapılıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Şilyan kənd sakini 1966-cı il təvəllüdlü İxtiyar Tarıverdi oğlu Şirəliyevin cansız bədəni su kanalında aşkarlanıb.
Hadisə yerinə FHN-in xüsusi riskli qəza xidmətinin əməkdaşları cəlb olunub. İxtiyar Şirəliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
- Kəlbəcərə daha 27 ailə yola salındı
- “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
- “Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
- Bu assosiasiyaya yeni rəhbər təyin edildi
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq