Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə BUTA.TV-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Agentliyin müfəttişləri tərəfindən Göygöl şəhəri, Azay Kazımov küçəsində fəaliyyət göstərən fərdi sahibkar Nizami Rza oğlu Əliyevə məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 4 ədəd maye qaz tutumunun üzərində quraşdırılmış qoruyucu klapanların və manometrlərin dövri yoxlamasının aparılmadığı, həmçinin 1 ədəd maye qaz tutumunun istismar müddətinin bitdiyi və texniki diaqnostikaya cəlb olunmadığı, eləcə də 3 ədəd qeydiyyatda olmayan maye qaz tutumunun tam texniki müayinəsinin aparılmadığı müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
- Bakıda böyük sıxlığın səbəbi açıqlandı - Foto
- Kəlbəcərə daha 27 ailə yola salındı
- “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
- “Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
- Bu assosiasiyaya yeni rəhbər təyin edildi
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü