Tanınmış aparıcı İlhamiyyə Rza televiziya sahəsində karyerasını bitirdiyini açıqlayıb.
BUTA.TV xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında yazıb.
“Bu da son… Televiziyamızın 70 illiyinə ithafən hazırladığımız verilişlə televiziya karyerama son qoydum. Əziz, azsaylı, amma çox qiymətli izləyicilərim, sizi sevirəm…”, – aparıcı qeyd edib.
O, layihə boyunca yanında olan komandaya təşəkkürünü bildirib.
Qeyd edək ki, İlhamiyyə Rza 1989-cu ildən müxtəlif televiziya kanallarında fərqli layihələrlə efirdə olub. O, yazıçı, publisist Həmid Herisçinin həyat yoldaşıdır.
- Bakıda böyük sıxlığın səbəbi açıqlandı - Foto
- Kəlbəcərə daha 27 ailə yola salındı
- “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
- “Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
- Bu assosiasiyaya yeni rəhbər təyin edildi
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü