Ermənistandan Azərbaycana keçməyə cəhd edən İraq vətəndaşı 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravinin məhkəmə prosesi başa çatıb.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, Qubadlı Rayon Məhkəməsinin qərarına əsasən, Badravi 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmədə təqsirini etiraf edən Badravi Ermənistandan Azərbaycana nəyə görə keçmək istədiyini də ifadəsində bildirib:
“Milliyyətcə türkmənəm. 2022-ci ildə Ermənistana getdim. Ermənistanda müxtəlif işlərdə işlədim, fəhləlik, çobanlıq etdim. Amma maaşımı vermədilər. Anamla telefonla danışanda türk dilindən istifadə etdiyim üçün müdir məni döydü. Bu səbəbdən Ermənistandan çıxmaq qərarına gəldim. Araşdırma etdikdən sonra Ermənistanın Azərbaycanla sərhədinin olduğunu öyrəndim. Avtobusla sərhədə yaxın kəndə getdim, daha sonra “Quql məp” tətbiqindən istifadə edərək iki ölkənin sərhədinə yaxınlaşdım. Üç gün meşədə qaldım. Sentyabrın 1-də bir qədər piyada hərəkət etdikdən sonra qarşıma Azərbaycan bayrağı çıxdı. Nəticə sərhədçilər tərəfindən saxlanıldım”.
Qeyd edək ki, ötən il sentyabr ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Ermənistandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib. Çətin relyefə malik olan, dağlıq və sıx meşəlik ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş İraq Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravi saxlanılıb.
- Sevdiyi qızdan ayrılan oğlan ata-anasını bıçaqladı - Təfərrüat
- Sabahın hava proqnozu açıqlandı
- FHN-in regional mərkəzlərində mülki müdafiə kursları...
- Məhkəmə Tofiq Yaqublu barəsində qərar verdi
- Maşında sıxılı vəziyyətdə qalan sürücü xilas edildi - Video
- İşdən çıxan 57 yaşlı prokuror vəfat etdi - Foto
- Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi
- Ağdam-Xankəndi dəmir yolunun tikintisi davam etdirilir - Video