Dövlət Xəzinədarlıq Agentliyinin regional xəzinədarlıq idarələri qanunvericiliyin tələblərinə əməl edilməklə yenidən təşkil edilir.
BUTA.TV xəbər verir ki, bunu regional xəzinədarlıq idarələrinin ləğv ediləcəyi barədə APA-ya Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mayis Piriyev deyib.
O qeyd edib ki, yenidən təşkil olunacaq strukturda regional xəzinədarlıq idarələrində çalışan əməkdaşlarla bağlı əmək münasibətləri normativ hüquqi aktlara uyğun tənzimlənəcək.
M.Piriyevin sözlərinə görə, hazırda dövlət maliyyəsinin idarə olunması sahəsində rəqəmsallaşmanın genişləndirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Əsas prioritetlərdən biri də dövlət büdcəsindən ayrılan vəsaitlərin ünvanlı və səmərəli şəkildə icrasının təmin edilməsidir.
“Bu çərçivədə Dövlət Xəzinədarlıq Agentliyinin fəaliyyətində rəqəmsal idarəçiliyin tətbiqi genişləndirilir, dövlət xəzinədarlığı sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, fəaliyyətin optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə mərkəzləşdirilmiş və daha çevik idarəetmə modeli yaradılır”, - deyə Nazirliyin rəsmisi bildirib.
- Sabahın hava proqnozu açıqlandı
- FHN-in regional mərkəzlərində mülki müdafiə kursları...
- Məhkəmə Tofiq Yaqublu barəsində qərar verdi
- Maşında sıxılı vəziyyətdə qalan sürücü xilas edildi - Video
- İşdən çıxan 57 yaşlı prokuror vəfat etdi - Foto
- Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi
- Ağdam-Xankəndi dəmir yolunun tikintisi davam etdirilir - Video
- Bakıda böyük sıxlığın səbəbi açıqlandı - Foto