Ölkə ərazisində yağıntılar 11-i axşam saatlarından kəsilib, hava şəraiti mülayimləşib. Hazırda ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Düşən yağıntının miqdarı Neftçalada 14, Beyləqanda 5, Lənkəranda 4, Mingəçevir, Yevlax, Kürdəmir, Balakən, Zaqatalada 3, Göyçayda 2, Ordubad, Sədərək, Naxçıvan, Şərur, Naftalan, Oğuz, Zərdab, Sabirabad, eyni zamanda Abşeron yarımadasının bəzi yerlərində 1 mm olub.
Qar örtüyünün hündürlüyü Şahbuzda 49, Kəlbəcərdə 40, Laçın, Qubadlıda 33, Qaxda (Sarıbaş) 29, Biləsuvarda 23, Daşkəsəndə 19, Şuşada 15, Gədəbəydə 14, Cəlilabad, Yardımlıda 10, Xankəndidə 7, Astara, Ağdamda 6, Xocalı, Qubada 5, İmişli, Şəkidə (Kişçay) 4, Lerikdə 3, Füzulidə 2, Qəbələ, Qobustan, Xaltanda 1 sm-ə çatıb.
Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
- Sabahın hava proqnozu açıqlandı
- FHN-in regional mərkəzlərində mülki müdafiə kursları...
- Məhkəmə Tofiq Yaqublu barəsində qərar verdi
- Maşında sıxılı vəziyyətdə qalan sürücü xilas edildi - Video
- İşdən çıxan 57 yaşlı prokuror vəfat etdi - Foto
- Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi
- Ağdam-Xankəndi dəmir yolunun tikintisi davam etdirilir - Video
- Bakıda böyük sıxlığın səbəbi açıqlandı - Foto