Ağdam təmsilçisi "Qarabağ"ın forvardı Nəriman Axundzadənin Amerika Birləşmiş Ştatlarının MLS çempionatında mübarizə aparan "Kolumbus Kru" klubuna keçidi rəsmi şəkildə təsdiqlənib.
BUTA.TV Sportinfo.az-a istinadən xəbər verir ki, Ohayo ştatını təmsil edən klub 22 yaşlı oyunçu ilə uzunmüddətli anlaşma əldə edib və müqavilənin müddəti 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Cari mövsümdə Premyer Liqa çərçivəsində meydana çıxdığı 13 qarşılaşmada rəqib qapılarına 3 qol vuran hücumçunun yeni klubundakı gəliri də dəqiqləşib.
Belə ki, o, ilk mövsümdə 1 milyon dollar qazanacaq və növbəti illərdə bu məbləğ artan xətlə davam edəcək.
Xatırladaq ki, Nəriman Axundzadənin ölkə çempionunun heyətində aylıq məvacibi 12 min manat təşkil edirdi.
- Qadın sürücü “Rənc Rover”i aşırdı - Video
- Nizami Kino Mərkəzinin fasadına ciddi ziyan vuruldu - Foto
- Sevdiyi qızdan ayrılan oğlan ata-anasını bıçaqladı - Təfərrüat
- Sabahın hava proqnozu açıqlandı
- FHN-in regional mərkəzlərində mülki müdafiə kursları...
- Məhkəmə Tofiq Yaqublu barəsində qərar verdi
- Maşında sıxılı vəziyyətdə qalan sürücü xilas edildi - Video
- İşdən çıxan 57 yaşlı prokuror vəfat etdi - Foto