Bakıda növbəti böyük söküntü prosesi başlayır.
BUTA.TV Bakı.vs-yə istinadən xəbər verir ki, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən fərdi yaşayış evləri söküləcək. Artıq bu ərazidə yaşayan sakinlərə rəsmi bildirişlər təqdim olunub və evlərin boşaldılması üçün hazırlıq mərhələsinə start verilib.
Söküntünün səbəbi paytaxtın əsas nəqliyyat problemlərindən birinin həlli ilə bağlıdır. Belə ki, "20 Yanvar dairəsi" və "Şamaxinka" ərazisində tıxacların azaldılması məqsədilə Xiyabani küçəsindən keçəcək yeni avtomobil tunelinin tikintisi planlaşdırılır.
Qeyd edək ki, söküləcək evlərin sahiblərinə qanunvericiliyə uyğun kompensasiya ödəniləcək. Kompensasiya məbləğinin daşınmaz əmlakın yerləşdiyi ərazi, sahəsi və bazar dəyəri əsasında müəyyən ediləcəyi bildirilir.
Hazırda söküntü siyahısına düşən evlərin dəqiq sayı açıqlanmasa da, Xiyabani küçəsinin tunelin keçəcəyi hissəsində yerləşən yaşayış məntəqələrinin layihə çərçivəsində tamamilə boşaldılacağı gözlənilir. Sakinlərə bu məqsədlə bildirişlər də təqdim olunub.
Qeyd edək ki, söküntü "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində aparılacaq işlərin tərkib hissəsidir. Proqrama əsasən, yeni tunel şəhərin bu hissəsində nəqliyyat axınını yüngülləşdirməli, uzun illərdir problem yaradan sıxlığı aradan qaldırmalıdır.
- Qadın sürücü “Rənc Rover”i aşırdı - Video
- Nizami Kino Mərkəzinin fasadına ciddi ziyan vuruldu - Foto
- Sevdiyi qızdan ayrılan oğlan ata-anasını bıçaqladı - Təfərrüat
- Sabahın hava proqnozu açıqlandı
- FHN-in regional mərkəzlərində mülki müdafiə kursları...
- Məhkəmə Tofiq Yaqublu barəsində qərar verdi
- Maşında sıxılı vəziyyətdə qalan sürücü xilas edildi - Video
- İşdən çıxan 57 yaşlı prokuror vəfat etdi - Foto